İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSIS
500 AZNAd # 607682
- RegionBaku
- Age26 years
- GenderFemale
- Published onDecember 12, 2025
- Expires onJanuary 11, 2026
- Full nameSəbinə Elçin Nəbiyeva
- Phone
- Email
Analitik düşünmə Təşkilatçılıq İdarəçilik qabiliyyəti Komanda idarəetməsi Dəqiqlik Operativlik Ünsiyyət bacarıqları
Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr təhsili almışam.
Hal-hazırda HR sahəsində inkişaf etməyi hədəfləyirəm. Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr təhsili almışam. Yüksək sürətlə mətni yığma və müxtəlif kompüter proqramları ilə işləmə bacarığına sahibəm. Komanda ilə effektiv işləmək və yeni texnologiyaları sürətlə mənimsəmək bacarığım var. Diqqətcil, təşkilatçı və özünə inamlı biri olaraq, HR sahəsində ofis işlərinin təşkili, sənəd dövriyyəsi və idarəetmə sahələrində qazandığım təcrübələri səmərəli şəkildə istifadə etməyi hədəfləyirəm. Eyni zamanda, insanlarla işləməyi, ünsiyyət qurmağı və müsbət iş mühiti yaratmağı önəmli hesab edirəm. Davamlı öyrənməyə açıq olaraq HR sahəsində dəyər yaradan bir mütəxəssis olmağa çalışıram.
Ali təhsilimi başa vurduqdan sonra həm təhsil, həm də müxtəlif idarəetmə və ofis sahələrində peşəkar təcrübə qazanmağa çalışmışam. Müxtəlif tədris mərkəzlərində müəllim, ofis meneceri, təlimçi və kargüzar kimi fəaliyyət göstərmiş, iş prosesində həm təşkilatçılıq bacarıqlarımı inkişaf etdirmiş, həm də insanlarla işləmək təcrübəsi qazanmışam.
Son illərdə HR sahəsinə marağım daha da artmış və bu istiqamətdə fərdi inkişaf üçün təlim və kurslarda iştirak etmişəm. HR Option proqramı çərçivəsində əmək qanunvericiliyi, ezamiyyət və məzuniyyət hesablamaları, riyazi bacarıqlar və Google Sheets ilə işləmə mövzusunda biliklərimi artırmışam. Eyni zamanda, təşkilatlarda işçi sənədlərinin düzgün hazırlanması, sənəd dövriyyəsi və daxili kommunikasiya sahəsində təcrübə toplamışam.
Fəaliyyətim müddətində müxtəlif şirkət və tədris müəssisələrində müsahibələrdə iştirak etmiş, bir çox kollektivlərlə ünsiyyət qurmuş və özümü həm müstəqil, həm də komanda şəraitində işləməyə uyğunlaşdırmışam. Özümü məsuliyyətli, diqqətli, öyrənməyə açıq və etik prinsiplərə sadiq bir şəxs kimi xarakterizə edirəm. Eyni zamanda yaradıcı yazı qabiliyyətim və pedaqoji biliklərimlə sosial mövzulara və maarifləndirici layihələrə də maraq göstərmişəm.
Hal-hazırda əsas məqsədim insan resursları, ofis idarəçiliyi və təlim sahələrində daha da peşəkarlaşmaq, daim inkişaf edən bir mühitdə çalışaraq bilik və bacarıqlarımla həm özümə, həm də işlədiyim təşkilata töhfə verməkdir.