LAYIHƏ MENECERI
2000 AZN- RegionBaku
- Age28 years
- GenderMale
- Published onJanuary 05, 2026
- Expires onFebruary 04, 2026
- Full nameMütəllim Məhəmməd Əsgərov
- Phone
- Email
Şəxsi keyfiyyətlərim arasında ən güclüsü liderlik qabiliyyətimdir. Komandanı motivasiya etmək, məsuliyyəti üzərimə götürmək və qərarvermə prosesində təşəbbüskar olmaq mənim üçün əsas prinsiplərdəndir. Yeniliklərə açığam, dəyişən bazar şərtlərinə tez uyğunlaşır və çətinliklərlə qarşılaşdıqda çıxış yolları tapmaq üçün əlimdən gələni edirəm. Zəruri hallarda yeni bilik və bacarıqları sürətlə öyrənərək praktiki şəkildə tətbiq etməyi bacarıram. Layihə koordinasiyası və satış sahəsində biliklərim peşəkar fəaliyyətimi daha da gücləndirir.
Digital Marketinq alətləri ilə tanışam.
Orta səviyyədə dizayn bacarıqlarım var.
CRM Alətləri ilə işləyə bilirəm.
Anhalt Tətbiqi Elmlər Universiteti (Hochschule Anhalt)
Oktyabr 2019 – Mart 2021
Beynəlxalq Ticarət üzrə Biznesin İdarə Edilməsi Magistri (MBA)
ADA Universiteti
Sentyabr 2014 – May 2019
Beynəlxalq Əlaqələr (BAIS)
Texniki Satış Mühəndisi - Marketinq menecer
Oktyabr 2024 – Hal-hazırda
Systemair AB | Bakı, Azərbaycan
● MEP məsləhətçiləri, podratçılar, layihə menecerləri və dizaynerlərlə güclü və davamlı işgüzar əlaqələr qurub və idarə edib.
● Qərarvericilərə təsir göstərmək məqsədilə texniki təqdimatlar keçirib.
● Dəqiq və rəqabətədavamlı təkliflərin hazırlanması üçün dizayn komandası ilə əməkdaşlıq edib.
● Kommersiya təkliflərini və məhsul sənədlərini hazırlayıb və təqdim edib.
● Lead mərhələsindən müqavilənin bağlanmasına qədər bütün satış dövrünü idarə edib.
Hərbi xidmət — Aprel 2022 – Aprel 2023
Marketinq Meneceri
May 2020 – Oktyabr 2024
Kia Azerbaijan | Bakı, Azərbaycan
● İstehlakçı ehtiyaclarını analiz edərək onların tələblərini effektiv şəkildə qarşılayıb.
● Kia Azerbaijan-ın veb-saytını və sosial media səhifələrini idarə edib.
● Çap və rəqəmsal materiallar dizayn edib, hədəfli aylıq reklam kampaniyaları hazırlayıb.
● Rebrendinq prosesinə rəhbərlik edib, bütün əlaqəli dizayn və çap işlərini həyata keçirib.
● Kia üçün qlobal marketinq strategiyası görüşlərində iştirak edib.
Təsisçi (Founder)
Fevral 2017 – Mart 2024
Colibro Baku | Bakı, Azərbaycan
● Dəri üzlü səyahət dəftərləri dizayn edib və brendinqini formalaşdırıb.
● İstehsal və qablaşdırmadan başlayaraq fotosessiyalar, qiymətqoyma, sosial media marketinqi və çatdırılmaya qədər bütün prosesi nəzarətdə saxlayıb və idarə edib.
Beynəlxalq Əlaqələr üzrə Mütəxəssis (Təcrübə)
May 2018 – İyul 2018
Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | Bakı, Azərbaycan
● Rəsmi sənədləri tərcümə və redaktə edib.
● Mümkün əməkdaşlıq imkanları və innovasiyalar üzrə araşdırmalar aparıb.
● Nəşr məqsədilə rəsmi sənədlərin redaktəsini həyata keçirib.
MBA təhsilli Satış və Müştəri Əlaqələri üzrə menecerəm. HVAC, avtomobil və pərakəndə satış sahələrində təcrübəm var. Müştərilərlə effektiv ünsiyyət qurmaq, problemləri aradan qaldırmaq və satışları artırmaq üzrə güclü bacarıqlara sahibəm. CRM sistemləri ilə işləmək, komanda daxilində əməkdaşlıq və data əsaslı satış strategiyalarının tətbiqi sahəsində təcrübəliyəm. Daha öncə Kia Azerbaijan-da marketinq və rebrendinq proseslərinə rəhbərlik etmiş, eyni zamanda öz biznesimi quraraq idarə etmişəm.
İngiliscəni professional səviyyədə bilirəm (7.5 İELTS balı)