Ad # 262124
- RegionBaku
- Age30 - 50 years
- EducationHigher
- ExperienceMore than 5 years
- Published onDecember 16, 2025
- Expired onJanuary 15, 2026
Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində
Yalnız Baş mühasib kimi minimum 3–5 il iş təcrübəsi (bu şərt mütləqdir)
Vergi Məcəlləsi və mühasibat uçotu üzrə milli qanunvericilik bilikləri
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
Kompüter bilikləri:
MS Office (xüsusilə Excel üzrə yaxşı səviyyə)
BTP, LogiX və ya 1C proqramlarında işləmə bacarığı
Maliyyə analizində və proqnozların verilməsində təcrübə
Detallara diqqətli, məsuliyyətli və sistemli iş prinsipi
Komandaya rəhbərlik bacarığı, operativlik və stresə davamlılıq
Qərarvermə və zamanın düzgün idarə edilməsi bacarıqları.
Mühasibat uçotunun təşkili
Şirkətin mühasibat uçotunun tam və düzgün aparılması
Bütün təsərrüfat əməliyyatlarının uçota alınmasına nəzarət
Müqavilə, qaimə, akt, kassa sənədləri və digər ilkin sənədlərin düzgünlüyünün yoxlanılması
Gəlir və xərclərin düzgün tanınması və hesablar planına uyğun rəsmiləşdirilməsi
Vergi uçotu və hesabatlılıq
Vergi Məcəlləsinə uyğun olaraq bütün vergi növlərinin düzgün hesablanması
Vergi bəyannamələrinin vaxtında və səhvsiz hazırlanıb təqdim edilməsi
Vergi orqanları ilə yazışmalar və yoxlamalarda şirkətin peşəkar təmsil olunması
Maliyyə və mühasibat hesabatları
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
Kassa və bank əməliyyatlarına gündəlik nəzarət
Debitor və kreditor borclarının idarə edilməsi, üzləşmələrin həyata keçirilməsi
Komandanın idarə olunması
Tabeliyində olan mühasiblərin işinin planlaşdırılması və nəzarət
Mühasibat uçotu üzrə daxili qaydaların və prosedurların tətbiqi və təkmilləşdirilməsi
Komandanın peşəkar inkişafının dəstəklənməsi
Maliyyə analizi və planlaşdırma
Şirkətin maliyyə göstəricilərinin planlaşdırılması və təhlili
Böyük həcmdə məlumatların analizi və proqnozların verilməsi
Maliyyə risklərinin qiymətləndirilməsi və xərclərin optimallaşdırılması
Şirkətin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması
ERP və mühasibat sistemləri
LogiX, 1C və digər mühasibat proqramlarında uçotun düzgün qurulmasına nəzarət
Sistemdə məlumatların dəqiqliyinin təmin edilməsi
Daxili hesabatların avtomatlaşdırılması və yeni hesabat formalarının hazırlanması
Daxili nəzarət və audit
Daxili nəzarət mexanizmlərinin yaradılması və tətbiqi
Daxili və xarici audit proseslərində iştirak
Qanunvericilikdə baş verən dəyişikliklərin vaxtında izlənilməsi və tətbiqi.